KL: Pley offda ilk qarşılaşmalara yekun vuruldu

22.08.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

UEFA Konfrans Liqasında pley-off mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, mərhələ çərçivəsində bu gün 24 görüş keçiriləcək. 

Norveçdə baş tutan ilk pley-off matçında "Rusenborq" ilə Almaniyanın "Maynts" klubu üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" "Servet" ilə 1:1 hesablı sülhə razılaşıb, Türkiyə klublarından "Başakşəhər" evdə "Universitatya Krayova"ya məğlub olub, "Beşiktaş" isə səfərdə "Lozanna" (İsveçrə) ilə heç-heçə edib. 

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də baş tutacaq.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust

Rusenborq (Norveç) – Maynts (Almaniya) 2:1
Dyör (Macarıstan) – Rapid (Avstriya) 2:1
Haken (İsveç) – ÇFR Kluj (Rumıniya) 7:2
Hamrun Spartans (Malta) – RFŞ (Latviya) 1:0
Volfsberq (Avstriya) – Omoniya (Kipr) 2:1
Başakşəhər (Türkiyə) – Universitatya Krayova (Rumıniya) 1:2
Anderlext (Belçika – AEK (Yunanıstan) 1:1
Breydablik (İslandiya) – Virtus (San Marino) 2:1
Sele (Sloveniya) – Banik (Çexiya) 1:0
Drita (Kosovo) – Differdanj (Lüksemburq) 2:1
Levski (Bolqarıstan) – Alkmaar (Niderland) 0:2
Neman (Belarus) – Rayo Valyekano (İspaniya) 0:1
Olimpiya (Sloveniya) – Noa (Ermənistan) 1:4
Polesye (Ukrayna) – Fiorentina (İtaliya) 0:3
Şaxtyor Donetsk (Ukrayna) – Servet (İsveçrə) 1:1
Sparta (Çexiya) – Riqa (Latviya) 2:0
Strasburq (Fransa) – Bröndbü (Danimarka)  0:0
Yagelloniya (Polşa) – Dinamo Tirana (Albaniya) 3:0
Lozanna (İsveçrə) – Beşiktaş (Türkiyə) 1:1
Şelburn (İrlandiya) – Linfild (Şimali İrlandiya) 3:1
Kristal Pelas (İngiltərə) - Fredrikstad (Norveç) 1:0
Hibernian (Şotlandiya) – Legiya (Polşa) 1:2
Rakuv (Polşa) – Arda (Bolqarıstan) 1:0
Santa-Klara (Portuqaliya) – Şemrok Rovers (İrlandiya) 1:2

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью