KL: Qarabağ potensial rəqibini tanıdı Tvente Bakıya gələ bilər

03.08.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 3-cü mərhələdə qarşılaşacağı "Dinamo Kiyev" səddini keçə bilsə, qrupa gedən yoldakı son sınağında rəqibi "Tvente" (Niderland) – "Dunayska Streda" (Slovakiya) cütünün qalibi olacaq.

Ağdam təmsilçisi avrokuboklarda mübarizəyə Avropa Liqasından başlayıb. Komanda I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu iki oyunun nəticəsinə əsasən üstələyib (3:0, 3:0). “Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb. Hər iki görüş 0:0 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə bolqarıstanlılar 5:4 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra mübarizəni Konfrans Liqasında davam etdirən “Qarabağ” III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, KL-in pley-off mərhələsində ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью