KL: "Qarabağ"la matça 3 itki ilə çıxacaqlar

25.08.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

KL: "Qarabağ"la matça 3 itki ilə çıxacaqlar

"Tvente" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Bakıda "Qarabağ"la qarşılaşacaq.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Niderland təmsilçisi bu oyun üçün Bakıya yollanıb.

"Qarabağ"la görüşə 3 futbolçu itkisi ilə gələn klub Stav Lemkin, Sam Lammers və Kristian Hlinssondan yararlana bilməyəcək. Hər üç futbolçu zədə səbəbindən komandanın heyətinə daxil edilməyib.

Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların Niderlandda oynanılan ilk görüşündə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью