KL: “Sabah” məğlub olsa, bu rəqiblə qarşılaşacaq

18.06.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan kubokunun sahibi "Sabah"ın da potensial rəqibi bəlli olub. 

Bakı təmsilçisi Avropa Liqasının ilk mərhələsində Sloveniya "Selye"sinə məğlub olarsa, "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandalar ilk matçı səfərdə keçirəcəklər. İkinci görüş evdə olacaq. 

Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.

"Zirə" və "Araz-Naxçıvan"ın 5 potensial rəqibi açıqlanıb - FOTO ÇL: "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb ÇL: "Qarabağ"ın ilk rəqibi bəlli olur “Fənərbaxça”nın prezidenti BAKIDA “Qarabağ” ilk transferini gerçəkləşdirdi - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью