KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı YENİLƏNİR

30.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Sumqayıtda Estoniyanın “Payde” klubunu qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Tərəflər arasında Estoniyada keçirilən ilk görüş “Payde”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu

20:00. “Zirə” – “Payde”

Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)

Stadion: Sumqayıt şəhər stadionu

İlk oyun: 0:1

AL: “Qarabağ” Bolqarıstan səfərində – YENİLƏNİR “Fənər” III təsnifatda bu komanda ilə qarşılaşacaq ÇL: "Fənərbaxça" növbəti mərhələdə - YENİLƏNİB “İnter”də yeni müqavilə - RƏSMİ UEFA-dan FİFA-nın planına sərt reaksiya
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью