Klarens Zeedorfun oğlu Milanın əsas komandası ilə birlikdə məşqlərə başlayıb

25.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Niderland millisinin sabiq futbolçusu Klarens Zeedorfun oğlu Denzel Zeedorf İtaliya təmsilçisi "Milan"ın əsas komandası ilə birlikdə məşqlərə başlayıb.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, "rossoneri"lərin sabiq üzvü olan Klarensin oğlu klubun 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.

O, 12 yaşından "Milan"ın aşağı yaş qruplarından ibarət kollektivlərində forma geyinir.

Qeyd edək ki, ata Zeedorf 2002-2012-ci illərdə "Milan"da çıxış edib və komandanın heyətində iki dəfə Çempionlar Liqası kubokunu qazanıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью