Klarnetçi Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqqət çəkib

19.01.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Klarnetçi Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqqət çəkib. SİA xəbər verir ki, müğənni və aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə "Xəzəraxşamı" proqramına qonaq olan musiqiçi onun toylara getməsinə qadağa qoyduğunu bildirib. Hüseyn efir vasitəsilə Ayselin toylara çağırılmamasını xahiş edib. "Həyat yoldaşımı toya dəvət etməsinlər..." - deyə, o qeyd edib.

Xatırladaq ki, Aysel İbrahimova və Hüseyn Məhəmmədoğlu ikinci dəfə ailə qurublar. Onların bir oğulu var. İlk evlilikdən Ayselin bir qızı, Hüseynin isə iki qızı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью