Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Londonda 1973-cü ilin istehsalı olan “Rolls-Royce Phantom VI” avtomobili elektromobilə çevrilib.
Avtosfer.az xəbər verir ki, avtomobilin ənənəvi V8 mühərriki 160 at gcündə elektrik mühərriki ilə əvəzlənib, batareyalar quraşdırılıb. Maşının salonunda və xarici görünüşündə ciddi dəyişiklik yoxdur.
Dövlət tədbirlərində istifadə edilən avtomobil ekeoloji tələblərə görə şəhərin mərkəzinə buraxılmırdı. Bu səbəbdən onun ekoloji təmiz nəqliyyat vasitəsinə çevrilməsinə qərar verilib.
Vüqar