Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aktyor Nicat Rəhimov sosial şəbəkələrdə yayılan qısa yumor videoları ilə klassik yumoru müqayisə edib.
Axşam.az xəbər verir ki, aktyor bu barədə “Həyatın dadı” verilişində danışıb. O, klassik yumorun zamanla daha çox dəyər qazanacağını bildirib:
“Klassik yumor sosial şəbəkələrdəki 15 saniyəlik yumora qalib gələcək. Qısa videolara baxırsan, yadından çıxır. Çünki bu, kökdür. Məncə, illər keçdikcə klassik yumor ələnə-ələnə gəlib öz yerini tapacaq”.