Klaudio karyerasını bitirməyə hazırlaşır

03.04.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

"Roma"nın baş məşqçisi Klaudio Ranyeri cari mövsümün sonunda karyerasını bitirəcək.
"Football-plus.az" xəbər verir ki, 73 yaşlı mütəxəssis bu barədə "Corriere dello Sport"a açıqlamasında bildirib. "Kalyari"ni A Seriyasına çıxarandan sonra məşqçilikdən getdiyini elan etsə də, sonradan "Roma"nı çalışdırmağa razılıq verən məşqçi artıq qərarını qətiləşdirdiyini söyləyib.
Ranyeri karyerası ərzində İtaliyada "Klayari"dən başqa, “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter”, “Sampdoriya”, İspaniyada “Valensiya”, “Atletiko”, Fransada “Monako”, “Nant”, İngiltərədə “Çelsi”, “Fulhem” “Uotford” və “Lester” klublarını çalışdırıb, Yunanıstan millisinə də rəhbərlik edib.
Qeyd edək ki, "Roma" onun rəhbərliyi altında A Seriyasında son 6 matçda qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью