Klaudio Ranyeri: “Dibala “Roma”da qalmaq istəyir və burada xoşbəxtdir”

22.12.2024

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri A Seriyasının 17-ci turunda “Parma”ya 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın hücumçusu Paulo Dibalanın qışda “Roma”dan ayrılacağı ilə bağlı şayiələrə münasibət bildirib. O, jurnalistin “klub rəhbərliyindən Dibalanı satmamağı xahiş edəcəksiniz?” – sualına belə açıqlama verib:

“Mən hər şeyi başa düşürəm, amma biz agentlərin işini də başa düşməliyik. Agentlər dünyanı gəzərək oyunçulara təklif edir, onlara ən qiymətli varlıq kimi baxır və sonra oyunçuya aldıqları təklifləri təqdim edirlər. Mən heç nə almamışam, ona görə də bilirəm ki, Paulo qalmaq istəyir və bizdən razıdır. Mən ondan razıyam, ona görə də sizin nöqteyi-nəzərinizi başa düşürəm, amma mənimkini də anlamağa çalışıram. Bu, bizim dinamikamızdır. başa düşmək lazımdır, siz öz işinizi, mən də öz işimi görürəm”.

Qeyd edək ki, bu həftə “Qalatasaray”ın 31 yaşlı argentinalı ilə maraqlandığı xəbərləri yayılıb. Dibalanın agentinin “Qalatasaray”ın “Trabzonspor”la oyunu zamanı İstanbulda olduğu iddia edilib. Daha əvvəl Ranieri bildirmişdi ki, əgər Dibalanın başqa prioritetləri varsa və komandada qalmaq istəmirsə, onu buraxmaq düzgün olardı.

Böyük beşlik, Əsas xəbərlər “Roma” cəbhəsindən Dibala ilə bağlı açıqlama

20 Dekabr 2024, 12:18

Böyük beşlik, Əsas xəbərlər Avroliqanın tarixinə düşən ərəb

13 Dekabr 2024, 8:49

Böyük beşlik, Əsas xəbərlər Ya klub tapacaq, ya karyerasını bitirəcək

18 Noyabr 2024, 13:39

Böyük beşlik, Əsas xəbərlər Gözlənilən təyinat baş tutdu

14 Noyabr 2024, 18:55

Böyük beşlik, Əsas xəbərlər Ranyeri “Roma”da işləyəcək – özü təsdiqlədi

14 Noyabr 2024, 9:19

Böyük beşlik, Əsas xəbərlər Ranyeri yenidən “Roma”da

13 Noyabr 2024, 21:21

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью