Klaudiya Şeynbaum: Meksika heç bir tabeçilik formasını qəbul etməyəcək

14.01.2026

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meksika heç bir tabeçilik formasını qəbul etməyəcək, bərabərlik və suverenliyə əsaslanan xarici siyasət kursunu davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında deyib. O, Meksikanın ABŞ da daxil olmaqla, digər ölkələrə hər hansı tabeçiliyi rədd etdiyini bildirib.

“Meksika və ABŞ təhlükəsizlik məsələləri üzrə fəaliyyətlərini əlaqələndirir və bu sahədə əməkdaşlığı davam etdirir”, - deyə dövlət başçısı xatırladıb.

ABŞ-Meksika-Kanada ticarət sazişi ilə bağlı məsələyə münasibət bildirən Klaudiya Şeynbaum bunun ölkəyə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Meksika Prezidenti Klaudiya Şeynbaum yanvarın 12-də ABŞ lideri Donald Trampla telefonla danışıb. Telefon danışığı ticarət, təhlükəsizlik və narkotik vasitələrin qaçaqmalçılığı sahəsində artan gərginlik fonunda baş tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью