futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA-nın texniki direktoru Edmond Klausun təklifi ilə aşağı yaş qruplarında yarış formatına bəzi dəyişiklikləri nəzərdə tutan proqram hazırlanıb.
Sənəd Azərbaycan Premyer Liqasında çıxış edən klublara və uşaq liqalarında iştirakçı olan digər futbol məktəblərinə göndərilib.
“Futbolpress.az” dəyişiklikləri nəzərdə tutan sənədi sizə təqdim edir:
Klausun təklifi birmənalı qarşılanmayıb. Bir çox futbol məktəbi xüsusən U-14 liqasında 11×11 formatının 9×9-la əvəzlənməsini, meydança ölçülərinin kiçilməsini qəbul etmir.
Mövzuya aid geniş araşdırmamız da göstərdi ki, Klausun ideyası Azərbaycan şəraitində hələlik faydalı olmayacaq.
Əldə etdiyimiz məlumata görə, bugünlərdə Klausun klublarla görüşü olub. Müzakirələr zamanı əksər APL klubu, “siz necə məsləhət bilsəniz, elə edərik” məzmununda reaksiya verib.
Halbuki redaksiyamıza hətta üsyan zəngləri olmuşdu, niderlandlı funksionerin “hoqqa çıxardığını” iddia edənlər vardı.
Görünür, “özümü pis etməyim” niyyətiylə davranıblar. Adətən, belə olur. Nəticədə ölkə futbolu ən yaxşı halda yerində sayır, əksərən geriləyir.
Klubların çoxu belədir…
Kamil Əhməd
P.S.
Yaxın zamanda qərar açıqlanacaq. Klausun ideyasını əvvəlkitək radikal müdafiə etmədiyi haqda xəbərlər var. İctimai reaksiya, mətbuatdan oxuduqları ona bu məsələdə təsir edib, yoxsa…?
Bilinən odur ki, APL klublarının əksəri futbol üçün faydalı qərarlar verməkdə heç bir səy göstərmir, mənfəətlər əsasdır.