Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
VII Kleopatranın itmiş məzarını axtaran arxeoloq Misir kraliçasına aidiyyəti olan bir kəşfə imza atıb.
Teleqraf.com xəbər verir ki, təxminən 20 ildir məzarı axtaran Ketlin Martinez e.ə.
51-30-cu illərdə Misiri idarə edən kraliçanın əsl simasını əks etdirən heykəl tapdığını deyir.
Ağ mərmər heykəl balaca burunlu, dodaqları büzülmüş, saçları hörülmüş bir qadınını təsvir edir.
Martinez və komandası həmçinin Kleopatranın təsviri olan 337 sikkə, çoxsaylı keramika, lampalar, heykəlciklər və digər artefaktlar tapıb.
Bütün bunlar əsrlər öncə Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Taposiris Maqna məbədində basıdırılıb.
Arxeoloq kraliçanın qəbrinin məbədin xarabalıqları arasında olduğuna inanır.