Kliçko Merzi sözünün üstündə durmağa çağırdı

06.07.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kansler Fridrix Merz demişdi ki, Rusiyanın mülki hədəflərə hücumları “Taurus” raketlərinin tədarükünə səbəb olmalıdır. Ümid edirik ki, Almaniyanın yeni hökuməti sözünün üstündə duracaq.

Axar.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

“Putin açıq şəkildə bildirdi ki, o, nə atəşkəs, nə sülh, nə də müharibənin dayandırılmasını istəyir. Putinin məqsədləri bəllidir. O, nəyin bahasına olursa olsun, bütün Ukraynanı öz nəzarəti altına almaq istəyir”, - Kliçko qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью