Kliçko Rusiyanın hücumunu təsdiqlədi

02.10.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevdə Dnepr çayı üzərində yerləşən strateji körpülərə kütləvi zərbələr endirib. Hücumlar zamanı modifikasiya olunmuş "Geran-5" reaktiv PUA-larından və "İskəndər" ballistik raketlərindən istifadə olunub. Baş verən kəskin dağıntılar nəticəsində paytaxtın nəqliyyat sistemi tamamilə iflic vəziyyətinə düşüb.

“Yeni Sabah” xəbər verir ki, Kiyev şəhər mero Vitali Kliçko Dnepr çayı üzərindəki üç ana körpüdə hərəkətin dayandığını təsdiqləyib. Mer bildirib ki, Cənub körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb. Metro körpüsündə sol sahildən sağ sahilə doğru hərəkət bir zolaqla qismən məhdudlaşdırılıb, Paton körpüsündə isə sağ sahildən sol sahilə doğru hərəkət tamamilə dayandırılıb.

Lakin Hərbi Administrasiyanın yaydığı rəsmi məlumatda ziddiyyətli məqam diqqət çəkir. Belə ki, administrasiya Paton körpüsünün yalnız tək istiqamətdə deyil, ümumilikdə hər iki istiqamət üzrə tam şəkildə qapadıldığını bəyan edib. Strateji obyektlərə dəyən zərər şəhərdaxili logistikanı və mülki əhalinin təxliyə imkanlarını kəskin şəkildə çətinləşdirib. pizza hut

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью