Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Kiyev meri Vitali Kliçko kiyevliləri şəhərdə adi dinc həyata ümid bəsləməməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, onun çıxışını “Strana.ua” nəşri “Telegram” kanalında yayımlayıb.
O, Rusiyanın qış fəsli ərəfəsində Ukrayna paytaxtına və onun infrastrukturuna zərbələri gücləndirdiyini, üstəlik, Dnepr çayı üzərindən nəqliyyat əlaqəsinin zərər gördüyünü bildirib. Kiyev meri şəhərdəki vəziyyəti “çox dramatik” adlandırıb.
“Düşmən Kiyevi dağıdır: həyati əhəmiyyətli infrastrukturu, logistikanı, yaşayış binalarını və sosial obyektləri. Düşmən yenidən enerji sektorunu məhv etməyə başlayıb. Daha dinc zamandakı kimi yaşamaq mümkün olmayacaq”, - Kliçko deyib.