Kliçkodan xəbərdarlıq: Ehtiyatınızı toplayın, yeni hücum...

10.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Kiyev meri Vitali Kliçko Rusiyanın Ukrayna paytaxtına yaxın günlərdə yeni hücum planlaşdırdığını bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

"Vəziyyət ağırdır. Gəlin həqiqəti deyək və arxayınlaşmayaq. Çünki düşmən dayanmır. Yaxın günlərdə yeni hücum proqnozlaşdırılır", - Kliçko bildirib.

Mer Kiyev sakinlərinə su və qida ehtiyatı toplamağı, cihazlarını enerji ilə doldurmağı, ilk tibbi yardım çantası və isti paltar hazırlamağı tövsiyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью