Kling AI süni intellekt videolarına səs əlavə etməyə funksiyanı yeniləyib

29.03.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kling AI" süni intellektlə yaradılmış videolara səs əlavə etməyə imkan verən "AI Sounds" adlı yeni funksiya tətbiq edib.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, yeni funksiya ilə sistemə mətndən video yaradan audio qat əlavə edilir.

"AI Sounds" funksiyası istifadəçilərə təkcə vizual deyil, həm də səslə dəstəklənən videolar yaratmağa imkan verir. Beləliklə, ortaya çıxan məzmun həm vizual, həm də səsli şəkildə tamamlanır. Söz mövzusu xüsusiyyət, "Kling AI"nin mətn əsaslı video istehsal sisteminə birbaşa inteqrasiya edildiyi məlumatı ilə paylaşılıb.

Şirkət "AI Sounds" səsləri xüsusiyyətinin bu gündən etibarən bütün istifadəçilər üçün əlçatan olduğunu açıqlayıb. O, funksiyanın videolar və tamaşaçılar arasında qarşılıqlı əlaqəni artırmaq üçün hazırlandığını bildirib.

"Kling AI" istifadəçilərinin bu xüsusiyyət ilə yaratdıqları süni intellekt videolarına səsli izahat və ya mühit səsi kimi elementlər əlavə edə biləcəkləri paylaşılıb.

"AI Sounds" məzmun istehsalında hekayə variantlarını genişləndirməklə yanaşı, audio dəstəyi ilə də video istehsalında yeni bir dövrün qapısını açıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью