Klinik ölüm keçirən qadın axirət dünyasından danışdı | Icma.az
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Klinik ölümdən sağ çıxan 33 yaşlı Brianna Lafferti qeyri-adi təcrübəsini bölüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.Bildirilib ki, orqanizm öldükdən sonra da ruh mövcudluğunu davam etdirir və dünyəvi həyat bu yolun yalnız bir hissəsidir.
Brianna əzələlərdə spazmlara səbəb olan nadir nevroloji xəstəlik - mioklonus-distoniyadan əziyyət çəkirdi.
Dördgünlük yuxusuzluqdan sonra vəziyyəti qəfil pisləşib və həkimlər onun öldüyünü təsdiqləyiblər.Onun ölüm vəziyyəti səkkiz dəqiqə davam edib.
Bu vəziyyət zamanı Brianna şüurunun bədənindən ayrıldığını hiss edib. Ağrı hiss etmədən rahatlıq və aydınlıq duyub.
Onun sözlərinə görə, o dünyada zaman anlayışı yoxdur, harmoniya hökm sürür. O öyrənib ki, düşüncələr reallığı formalaşdırır və ruh ölməzdir.
Bu təcrübə onun həyata baxışını dəyişib, qorxuları aradan qalxıb, maddi şeylərin əhəmiyyəti isə yoxa çıxıb.Həyata qayıtdıqdan sonra Brianna xəstəxanada dörd gün qalıb və həm fiziki, həm də ruhi baxımdan sağalma mərhələsi keçib.
Tam oxu
Xəbəri oxu