Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi keçmiş prezident Bill Klinton və həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klintonu milyarder Ceffri Epşteynlə bağlı Konqres istintaqında ifadə verməkdən imtina etdiklərinə görə “məhkəməyə hörmətsizlik”də günahkar bilib.
Turkustan.az xəbər verir ki, respublikaçıların çoxluq təşkil etdiyi komitə Klintonların istintaqda ifadə verməməsindən sonra məsələ ilə bağlı səsvermə keçirib. Səsvermə nəticəsində ABŞ-ın 42-ci prezidenti Bill Klinton 34 əleyhinə, 8 lehinə səslə, Hillari Klinton isə 28 əleyhinə, 15 lehinə səslə “məhkəməyə hörmətsizlik”də təqsirli hesab olunub.
26 Respublikaçı və 18 Demokrat üzvdən ibarət olan komitədə bəzi Demokrat konqresmenlərin də Klintonların əleyhinə səs verməsi diqqət çəkib.
Komitənin qərarı “məhkəməyə hörmətsizlik”lə bağlı məsələnin mümkün hüquqi təqib üçün ABŞ Ədliyyə Nazirliyinə göndərilib-göndərilməməsinin Nümayəndələr Palatasında səsə çıxarılmasına yol açır.
Aytən Yaşar/ Turkustan.az