Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
ABŞ-ın sabiq prezidenti Bill Klinton hazırkı prezident Donald Trampın Rusiya lideri Vladimir Putinə və Çinin rəhbərinə rəğbət bəslədiyini bildirib.
Bizim.Media xəbər verir ki, Klinton bu barədə danışarkən Trampın Putinlə yanaşı, ABŞ-ın bir çox sahədə rəqibi olan Çin liderinə də heyran olduğunu deyib.
“Prezident həqiqətən də onlara heyrandır. O, hətta bir çox sahədə rəqibimiz olan Çin liderinə də rəğbət bəsləyir”, – deyə Klintonun sözlərini “Clash Report” yayıb.
Sabiq prezident əlavə edib ki, Tramp Şimali Koreya liderini də dəfələrlə tərifləyib.
Bizim.Media