Klinton Trampın seçkidə ədalətli qalib gəldiyini deyib

12.12.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton hesab edir ki, Donald Tramp 2024-cü il seçkilərində ədalətli qələbə qazanıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə ölkə mətbuatına müsabibəsində bildirib.

"2016-cı il seçkilərindən fərqli olaraq, bu dəfə seçki prosesinə heç bir xarici təsir olmadı", - deyə keçmiş prezident qeyd edib.

Klintonun sözlərinə görə, Tramp “ədalətli və layiq olduğu” qalibiyyəti əldə edib. ABŞ indi "hakimiyyətin dinc yolla ötürülməsinə" diqqət yetirməlidir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью