Klintonlar Epşteyn istintaqında ifadə verməyə razılaşdılar

03.02.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keçmiş ABŞ Prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton Ceffri Epşteynlə bağlı Nümayəndələr Palatasında aparılan istintaq çərçivəsində ifadə verməyə hazır olduqlarını bildiriblər.

“Qafqazinfo” xəbər verir ki, Klintonların vəkilləri Komitəyə göndərdikləri məktubda cütlüyün qarşılıqlı razılaşdırılmış tarixlərdə ifadə verəcəyini qeyd edib və Konqresə hörmətsizlik prosedurunun dayandırılmasını istəyiblər.

Lakin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri, Respublikaçı Ceyms Komer hələlik yazılı razılaşmanın olmadığını bildirərək, təklifi qəbul etməyib. O vurğulayıb ki, Klintonlar çağırış vərəqələrinin şərtlərini diktə edə bilməz və hər iki şəxs Komitə qarşısında and içərək ifadə verməlidir.

Qeyd edək ki, bundan əvvəl Klintonlar milyarder Ceffri Epşteynlə bağlı aparılan Konqres istintaqı çərçivəsində ifadə verməkdən imtina etmişdilər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью