Klipində çəkilmək üçün 2 milyon 719 927 AZN istəyir

31.12.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Rusiya şou-bzinesinin məşhur müğənnisi Filipp Kirkorovun kilipinə çəkilmək üçün bir sərvət ödəmək lazımdır.

Milli.Az bildirir ki, bu barədə müğənninin prodüseri Sergey Lavrov bildirib.

O qeyd edib ki, müğənni ilə birlikdə klipində çəkilib onunla birlikdə qırmızı yola çıxmaq üçün 168 milyon rubl (2 milyon 719 927 AZN) ödəmək lazımdır.

Prodüserin sözlərinə görə, böyük sənətkarlar daha çox danışıqlara "xidmət paketi" ilə başlayırlar. Bu paketə birgə klip çəkmək, mahnı yazmaq və birgə onu təqdim etmək daxildir. Cibində 1,5 milyon avro varsa Filip Kirkorovla yola çıxmaq mümkündür. Lavrov deyib ki, Nikolay Baskovun da qiyməti eynidir.

Lavrov populyar ifaçıların kliplərinin çəkilişin adətən daha bahalı olduğunu bildirib. / baku.ws

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью