futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Neftçi” Misli Premyer Liqasının V turunda “İmişli”ni məğlub edib – 3:2.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın qələbə qolunu vuran Qustavo Klisman klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.
“Çox çətin, ağır oyun idi. Süni örtüklü meydançada oynamaq asan deyil. Doğrudur, qol vurdum, amma bu, bütün komandanın əziyyətinin bəhrəsidir. Vacib amil üç xal qazanmaq idi.
Komandada rəqabət var və bu, inkişafa təsir edir. Kimin oynayacağına məşqçi qərar verir. Hamı meydana çıxanda, əlindən gələni edir. Oyundan-oyuna daha yaxşı oluruq”.
“Neftçi” 5 turdan sonra 12 xalla liderdir.