Klivlend MBAda bunu bacaran 6cı komanda oldu

17.11.2024

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Basketbol Liqasında dünən daha 11 qarşılaşma baş tutdu.
Qələbə seriyasını davam etdirən ''Klivlend'' ''Filadelfiya''nı 114:106 məğlub etdi. ''Klivlend'' bununla da MBA tarixində mövsümün ilk 13 matçından qələbə ilə ayrılan 6-cı komanda oldu. Bu göstəricidə rekord 2015/16-ya ardıcıl 24 qələbə ilə start verən ''Qolden Steyt''ə məxsusdu.
''Klivlend''in heyətində Darius Qarland 25 xal, Donovan Mitçell 23 xalla qələbədə böyük rol oynadı. 23 xalın 11-ni son 3 dəqiqədə toplayan Mitçell həm də aktivinə 13 ribaund, 9 ötürmə yazdı. Zədəli Coel Embiid və Pol Corcun xidmətindən yararlana bilməyən ''Filadelfiya''da isə Cared Makkeyn 34 xalla şəxsi rekordunu yenilədi.
ƏLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью