Klod Monenin rəsm əsəri Parisdə rekord qiymətə hərraca çıxarıldı

22.10.2026

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransız rəssam Klod Monenin “İrislər” əsəri oktyabrın 22-də Parisdə satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, əsərin ilkin qiyməti komissiya xərcləri daxil olmaqla 22–30 milyon avro arasında qiymətləndirilir.

Bu, Fransada hərraca çıxarılan bir sənət əsəri üçün indiyədək müəyyən edilmiş ən yüksək ilkin qiymətdir.

Rəsm ilk dəfə ictimaiyyətə təqdim olunur.

1924–1925-ci illərdə, ömrünün son illərində çəkilmiş tablo Monenin Jiverni bağındakı süsən çiçəklərini təsvir edir.

İncəsənət tarixçisi və impressionizm üzrə mütəxəssis, Marmottan-Mone Muzeyinin keçmiş direktoru Marian Matyenin sözlərinə görə, əsər rəng və boya qatlarının özünəməxsus işlənməsi ilə seçilir.

Xalq şairi Nəriman Həsənzadənin adından saxta səhifələr açılır - RƏSMİ AÇIQLAMA Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi? "Dünyanın kalipso kralı" vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью