Klopp “Atletiko Madrid”ə rəhbərlik edə bilər

19.11.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


İspaniyanın “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeonenin baş məşqçi postunu tərk edəcəyi gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Relevo” portalı məlumat yayıb.
Portalın məlumata görə, klubun rəhbərliyi argentinalıya əvəzedici kimi alman mütəxəssis Yurgen Kloppu görür.
Qeyd edək ki, Yurgen Kloppun son iş yeri İngiltərənin “Liverpul” klubu olub. Alman mütəxəssis daha əvvəl Almaniyanın “Borussiya Dortmund” və “Maynts” klublarına rəhbərlik edib.
Klopp 2015-2024-cü illərdə “Liverpul”un baş məşqçisi olub. O, İngiltərə klubu ilə Çempionlar Liqası, Premyer Liqa və digər kubokları qazanıb.
Yanvarın 1-dən Klopp “Red Bull”da futbol əməliyyatlarının qlobal rəhbəri olacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью