Klopp bu klubu çalışdıracaq

20.05.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Roma”nı çalışdıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.

Məlumata görə, almaniyalı mütəxəssis mayın 18-də “Roma”dan gələn təklifi qəbul edib.

Qeyd edək ki, çempionatın bitməsinə 1 tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında “Roma” İtaliya A seriyasında altıncı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyerinin paytaxt klubundan ayrılacağı gözlənilir.

Əlavə edək ki, Klopp 2015-2024 illərdə “Liverpul”u çalışdırıb. O, klubla həm Premyer Liqa, həm də Çempionlar Liqasının qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью