Klopp bu komandanı çalışdıra bilər

01.07.2026

Icma.az, Metbuat saytına istinadən bildirir.

Almaniya millisinin Dünya Kubokunun 1/16 final mərhələsində Paraqvaya penaltilərdə uduzaraq turnirdən kənarlaşması ölkədə böyük məyusluq yaradıb.

Metbuat.az xəbər verir ki, bu nəticədən sonra baş məşqçi Yulian Naqelsmanın gələcəyi müzakirə mövzusuna çevrilib və onun istefa verə biləcəyi iddia olunur. Naqelsman Paraqvayla oyundan sonra müqaviləsinin davam etdiyini, lakin federasiya istəsə, ayrılmağa hazır olduğunu bildirib. Almaniya Futbol Federasiyasının mümkün dəyişiklikləri dəyərləndirdiyi, əsas namizədlərdən birinin isə Yürgen Klopp olduğu qeyd edilir.

“Bild” nəşri Kloppun Almaniya millisinin təklifini qəbul edə biləcəyini irəli sürüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью