Klopp: “Bu komandaya ilk baxışdan aşiq oldum”

17.11.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp UEFA Millətlər Liqasında Niderland üzərində qazanılan qələbəni şərh edib.

Apasport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib.

“Bu komandaya gələn kimi aşiq oldum. Hələ yolun başlanğıcındayıq. Möhtəşəm komandamız var. Belə davam etsək, rəqiblərimizin bizə qarşı oynaması çox çətin olacaq”.

Klopp futbolçularının potensialından da danışıb:

“Komandamızda çox yaxşı futbolçular var. Çox xoşbəxtəm. Yeni nəsil gəlir. Əla futbol matçı oldu, çox gözəl anlar yaşadıq. İlin sonuncu milli oyununda Berlində belə bir qarşılaşma keçirmək həqiqətən möhtəşəmdir”.

Qeyd edək ki, Almaniya millisi UEFA Millətlər Liqasının A Liqasının VI turunda Niderlandı 5:0 hesabı ilə məğlub edib. Berlin Olimpiya Stadionunda keçirilən görüşdə Florian Virts iki, Derri Şerhant, Niko Şlotterbek və Brayan Qruda isə hərəyə bir qol vurublar. Almaniya yığması qrup mərhələsini lider tamamlayaraq 1/4 finala yüksəlib.

Lukaku milli karyerasını BAŞA VURDU Sara İngiltərəyə qayıda bilər Modriç Messiyə çatdı Ronaldinyo futbola qayıtdı - İLK MATÇINDA İKİ QOL Yurgen Klopp FIFA prezidentini sərt tənqid etdi – “Blatterdən də pisini bacardı”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью