Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp oktyabrın 25-də keçiriləcək “Barselona” - “Real” qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis “El-Klasiko”nu uzun illərdir izlədiyini və qarşıdakı görüşdə də “Barselona”ya azarkeşlik etməyə daha çox meyilli olduğunu bildirib.
“Əlbəttə, oyunu izləyəcəyəm! Demək olar ki, bütün həyatım boyu “El-Klasiko”nu izləmişəm”, – deyə Klopp bildirib.
O, əvvəllər Kataloniya təmsilçisinə üstünlük verməsinin səbəbini də açıqlayıb:
“Daha çox “Barselona”ya rəğbət bəsləyirdim. Çünki Pepe və “Real”ın bəzi digər müdafiəçilərinin davranışları xoşuma gəlmirdi”.
Klopp qarşıdakı görüşdə hansı komandaya dəstək verəcəyi ilə bağlı suala isə belə cavab verib:
“İndi daha keyfiyyətli futbol nümayiş etdirən komandanı dəstəkləyirəm. Hazırkı vəziyyəti nəzərə alsaq, düşünürəm ki, böyük ehtimalla bu, “Barselona” olacaq”.
Qeyd edək ki, İspaniya La Liqasının növbəti “El-Klasiko”su oktyabrın 25-də keçiriləcək.