Klopp Enfild ə qayıdacağı vaxtı açıqladı

10.03.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klop "mersisaydlılar" haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis bu il keçmiş klubunu ziyarət edəcəyini deyib: 

"Yəqin ki, "Liverpul"un cari mövsüm Premyer Liqada keçirəcəyi son ev oyununda stadionda olacağam. Hazırda planım budur. Dürüst olum ki, "Enfild"ə (komandanın ev oyunlarını keçirdiyi stadion - red.) daha tez getmək niyyətim yoxdur. Çünki uğursuzluq gətirmək istəmirəm".

Qeyd edək ki, Klopp 2015-ci ildən ötən ilin yayınadək "Liverpul"a baş məşqçilik edib. O, hazırda Almaniyalı mütəxəssis "Red Bull"da futbol bölməsinin rəhbəridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью