Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Yürgen Klopp yaxın gələcəkdə məşqçi karyerasını bərpa edə bilər.
"Football-plus.az" xəbər verir ki, “Real” rəhbərliyi cari mövsümün sonunda onu baş məşqçi vəzifəsinə gətirməyi düşünür.
“Touchline”ın məlumatına görə, “Liverpul”un keçmiş baş məşqçisi Madrid klubuna fundamental bir tələb irəli sürüb. O, oyunçuların transferində həlledici söz sahibi olmaq istəyir.
Xüsusilə qeyd olunur ki, Klopp “Real”ı çalışdırarsa, müdafiə xəttini yenidən quracaq. Almaniyalı mütəxəssis planlarında Daniel Karvaxal və Ferlan Mendi kimi veteranları görmür.
Kloppun sonuncu komandası 2015-24-cü illərdə çalışdırdığı “Liverpul” olub. O, hazırda “Red Bull” şirkətində futbol bölməsinin rəhbəri vəzifəsini tutur.