Klopp Mançester Yunayted ə niyə yox deyib?

20.10.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp 2013-cü ildə "Mançester Yunayted"lə apardığı danışıqların təfərrüatlarını açıqlayıb.

QOL.az xəbər verib ki, mütəxəssis "mersisaydlılar"ı seçməsinin səbəbini də bölüşüb:

“Görüşlərdə xoşuma mənə gəlməyən şeylər dedilər. İstədiyiniz oyunçu ilə müqavilə imzalayacağıq. Orada oturub düşündüm ki, bu mənim layihəm deyil. Mən Pol Poqbanı, Kriştiano Ronaldonu geri qaytarmaq istəmədim  Çünki belə şeylər komandaya kömək etməyəcək!

Onların ideyası klubda ən yaxşı oyunçuları toplamaq idi. Lakin onlar futbol haqqında belə danışmadılar. Sonra sırf futbol layihəsi ortaya çıxdı. Bu, "Liverpul" idi".

Qeyd edək ki, Klopp 2015-2024-cü illərdə "Liverpul"u çalışdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью