Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyalı mütəxəssis Yurgen Klopp karyerasını bitirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, belə bir fikirdə olmadığını deyib.
Hazırda “Red Bull” şirkətinin idman bölməsinə rəhbərlik edən Klopp məşqçi kimi işinə davam etməyə hazır olduğunu qeyd edib: “Red Bull”da məşqçi olmayacağam.
Amma bu o demək deyil ki, məşqçilik karyeramı bitirmişəm. Yaxşı layihə olsa, çalışaram”.
Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində “Maynts”, “Borussiya” (Dortmund) və “Liverpul”da işləyib.
O, ötən ilin may ayında “Liverpul”dan ayrılıb. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.