Klopp məşqçilik karyerasını bərpa edir?

16.04.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Liverpul" və Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Yurgen Klopp məşqçilik fəaliyyətinə qayıda bilər. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano UOL media qurumuna istinadən məlumat yayıb. 

Bildirilir ki, almaniyalı mütəxəssisə yaxın mənbələr onun "Red Bull"da futbol bölməsinin rəhbəri vəzifəsindən yorulduğunu qeyd edirlər. 57 yaşlı mütəxəssis yalnız "Real" və ya Braziliya millisindən təklif gəldiyi halda məşqçilik karyerasını bərpa edə bilər. 

Qeyd edək ki, Klopp 2015-ci ildən ötən ilin yayınadək "Liverpul"a baş məşqçilik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью