Klopp məşqçilikdən niyə getməsinin səbəbini açıqladı | Icma.az
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Red Bull" futbol departamentinin rəhbəri Yurgen Klopp məşqçilik karyerasını niyə davam etdirmək istəməmisinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" alman mütəxəssisin dediklərini belə çatdırıb: “Mən bu seçimi etdim, çünki bu, fərqli bir roldur.
Həmişə demişəm ki, işimi sevirəm. Amma min matçdan və mətbuat konfransından sonra yeni nəsə istədim.
Həyatımın bu mərhələsi üçün bu, mükəmməl addımdır. Mənim fantastik komandam var. Hamı prosesə həvəslidir. Bunu etməkdən tamamilə məmnunam.
"Red Bull" təşkilatında məşqçi olmayacağam. Bacardığım qədər indiki rolumda qalacağam.
Eyni zamanda məndən soruşurlar ki, 3-5 ildən sonra harda olacam – kim bilir?
Ümid edirəm elə bir struktur yaradacağıq ki, məşqçiliklə bağlı suallar olmasın. Bu, gözəl olardı".
Tam oxu
Xəbəri oxu