Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yürgen Klopp haqqında gəzən iddiaya reaksiya verib."Football-plus.az" xəbər verir ki, o, yaxın zamanda məşqçilər skamyasına qayıtmaq planının olmadığını bildirib.
Qeyd edək ki, Klopp hazırda “Red Bull” şirkətində qlobal futbol bölməsinin rəhbəri vəzifəsini tutur.
Təcrübəli mütəxəssis gələcəyi ilə bağlı belə deyib: “Futbol komandasına məşqçilik edə biləcəyimi başa düşürəm, amma bu o demək deyil ki, ömrümün sonuna qədər məşqçi işləməliyəm.
Yeni bir yolu sınamaq istəyirdim. “Red Bull” mənə özüm üçün futbolda uyğun bir rol tapmaq imkanı verdi və biz bu layihəni birlikdə addım-add
İndi tamamilə rahatam - olduğum yerdən məmnunam. Başqa yerdə olmaq istəyim yoxdu.
Əvvəllər tanımadığım bir çox peşə sahibi ilə tanış olmuşam, çoxsaylı işgüzar görüşlərdə iştirak etmişəm və hətta əvvəllər heç vaxt rastlaşmadığım bəzi lüğətləri öyrənmişəm”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.