Klopp millinin baş məşqçisi təyin edildi

05.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Klopp millinin baş məşqçisi təyin edildi

Yurgen Klopp Almaniya milli komandasının baş məşqçisi təyin edilib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial media səhifəsində məlumat yayıb.

Yaxın günlərdə bu təyinatın rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, iyulun 3-də Almaniya Futbol Assosiasiyası (DFB) Julian Nagelsmannın müqaviləsinin vaxtından əvvəl ləğv olunduğunu elan edib. 

Almaniya millisi DÇ-2026-da çıxışını 1/16 final mərhələsində başa vurub. Komanda Paraqvaya əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью