Klopp Real ın baş məşqçisi ola bilər

31.03.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Tanınmış alman mütəxəssis Yurgen Klopp məşqçilik fəaliyyətini yaxında bərpa edə bilər.

QOL.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.

Kloppun “Real”ı çalışdırmaq ehtimalı böyükdür. O, Madrid təmsilçisində hazırkı baş məşqçi Karlo Ançelottinin ideal varisi hesab olunur. Çünki Yurgen Klopp ulduzlarla işləməyi və gəncləri inkişaf etdirməyin yollarını bilir.

Mütəxəssis işə başlamağa tələsmir. Lakin "Real"dan gələcək təklifin onun fikrini dəyişəcəyinə inanılır.

Klopp 2015-2024-cü illərdə "Liverpul"a baş məşqçilik edib. O, hazırda "Red Bull"da futbol bölməsinin rəhbəridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью