Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Real Madrid" tərəfindən ona göstərilən maraqdan məmnun olub-olmaması barədə sualı cavablandırıb.
Oxu.Az bu barədə "The Touchline" nəşrinə istinadən xəbər verir. "Xeyr!
Əslində bu, onların marağında deyil, sadəcə mediada yaradılmış səs-küydür. Mən prinsipial adamam və fikrimi o saat dəyişmirəm.
Əlbəttə, heç nəyi tamamilə istisna etmirəm, lakin mənim 58 yaşım var və buradakı mövqeyimdən çox razıyam", - deyə Klopp vurğulayıb.
Qeyd edək ki, Klopp hazırda "Red Bull" şirkətinin qlobal futbolunun rəhbəridir və Almaniya Futbol Liqasının (DFL) yeni ekspertlər komitəsinin tərkibində yer alır.
Xatırladaq ki, "Real Madrid"in baş məşqçisi vəzifəsinə potensial namizədlər arasında Kloppun da adı keçir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.