Klopp Roma nı çalışdıra bilər

20.05.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Roma”nı çalışdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.

Qeyd edilib ki, almaniyalı mütəxəssis mayın 18-də İtaliya klubundan gələn təklifi qəbul edib.

A seriyasında mövsümün bitməsinə 1 tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında “Roma” 6-cı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyerinin "canavarlar"dan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Klopp 2015-2024 illərdə “Liverpul”u çalışdırıb. O, klubla həm Premyer Liqa, həm də Çempionlar Liqasının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью