Klopp: “Su içmək üçün iki dəqiqəlik fasiləyə ehtiyac yoxdur”

25.06.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alman mütəxəssis Yurgen Klopp DÇ-2026-da oyunlarda tətbiq edilən su fasiləsi ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçlarda bu qaydaya ehtiyac olmadığını bildirib:

“FIFA-nın qərarı anlaşılmazdır. Oyunlarda su içmək üçün iki dəqiqəlik fasiləyə ehtiyac yoxdur. Onsuz da hər matçda ehtiyacı olanlar kənara gəlib qısa müddətdə su içə bilirlər”.

FIFA mundialda hər matçın iki hissəsində 2-3 dəqiqəlik su fasiləsi tətbiq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью