Klopp tətili zamanı nə etdiyini göstərdi

19.12.2024

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çox yaxında Jurgen Klopp Red Bull futbol departamentinin rəhbəri olacaq, lakin hələlik o, tətilindən həzz almağa davam edir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alman mütəxəssis asudə vaxtını necə keçirdiyini sosial şəbəkələrdə nümayiş etdirib. 

Klopp tətili üçün xizək sürməyi seçib.

Jurgen “Instagram” səhifəsində "İnanılmaz mənzərələr və əla istirahət" yazıb.

Qeyd edək ki, "Liverpul"un keçmiş çalışdırıcısı gələn ilin yanvarından etibarən Red Bull idman imperiyasındakı vəzifəsinin icrasına başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью