Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kloppdan "Real"a şərt
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Real" cari mövsümün sonunda Yurgen Kloppu baş məşqçi vəzifəsinə gətirməyi düşünür.
QOL.az xəbər verir ki, bu haqda "Touchline" məlumat yayıb.
"Liverpul"un keçmiş baş məşqçisi Madrid təmsilçisinə fundamental bir tələb irəli sürüb. Belə ki, o, oyunçuların transferində həlledici söz sahibi olmaq istəyir.
Xüsusilə qeyd olunur ki, Klopp "Real"ı çalışdırarsa, müdafiə xəttinin ciddi şəkildə yenidən quracaq. Almaniyalı mütəxəssis planlarında Daniel Karvaxal və Ferland Mendi kimi veteranları görmür.
Qeyd edək ki, Yurgen Klopp 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olub. O, hazırda "Red Bull"da futbol rəhbəri vəzifəsini tutur.