Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya millisində Yurgen Klopp dövrünün başlaması Leroy Sanenin gələcəyinə də təsir edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Almaniya yığmasının yeni baş məşqçisi Kloppun 30 yaşlı futbolçunu yaxın gələcəkdə milli komandaya qaytaracağı gözlənilmir.
DÇ-2026-da əsas heyətin daimi üzvü sayılmayan təcrübəli vingerin Kloppun quracağı yeni komandada şansının aşağı olduğu bildirilir.
Almaniyalı mütəxəssis ilk heyət seçimini sentyabrın 17-də açıqlayacaq.
Almaniyalı məşqçi Peter Neururer də daha əvvəl Sanenin milli komandaya qayıtmaq şansını çox aşağı qiymətləndirib. Onun fikrincə, futbolçu potensialına uyğun sabit performans göstərə bilmədiyi üçün Kloppun planlarına daxil olmayacaq.
Qeyd edək ki, Leroy Sane hazırda “Qalatasaray”ın formasını geyinir. Almaniyalı futbolçu daha əvvəl “Şalke”, “Mançester Siti” və “Bavariya”da çıxış edib.
Lamin Yamal: “Qızıl top”a layiqəm" Türkiyə klubunda yeni təyinat “Roma”nın futbolçusu Yunanıstan klubunda - RƏSMİ Milanda 8 qol: "İnter"dən geridönüş - VİDEO Mourinyo: “Mən ondan razıyam”