Kloppla danışıqlar başladı

03.07.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Alman mütəxəssis Yurgen Klopp yenidən baş məşqçiliyə başlaya bilər.

Futbolpress.az xəbər verir ki, Almaniya Futbol Assosiasiyası Kloppu millinin “sükanı arxasına” gətirmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Assoiasiya insayderin sorğusuna cavab olaraq, Kloppla danışıqların getdiyini bildirib.

Klopp son olaraq “Liverpul”da çalışıb. O, 2024-cü ildən “Red Bull” Şirkətinin futbol direktoru vəzifəsindədir.

Almaniya millisində bu gün baş məşqçi Yulian Naqelsmannla yollar ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью