Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Almaniya Futbol İttifaqı (DFB) Yurgen Kloppun yığmanın baş məşqçisi təyin olunması ilə bağlı razılığa gəlib.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Mənbənin iddiasına görə, 59 yaşlı mütəxəssislə 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Tərəflər arasında yekun danışıqların cümə və ya şənbə günü Nyu-Yorkda keçiriləcəyi bildirilib.
Qeyd olunub ki, Kloppun hazırda futbol üzrə qlobal rəhbər vəzifəsində çalışdığı “Red Bull” sistemindən ayrılması problem yaratmayacaq.
Xatırladaq ki, Yurgen Klopp daha əvvəl DFB ilə danışıqlar apardığını təsdiqləmişdi. O, bu vəzifədə 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzduqdan sonra istefaya göndərilən Yulian Nagelsmannı əvəz edəcək.